İdman zallarının
idarəetmə sistemi

“7GYM” - İdman zalları, fitnes klubları, hovuz kompleksləri və digər
sağlamlıq xidmətləri göstərən mərkəzlər üçün müştərilərin və üzvlüyün
idarə edilməsini, giriş vaxtarına və limitlərə operativ nəzarəti, əksər
proseslərin monitorinqini, ödənişlər və maliyyə uçotunun aparılmasını
asanlıqla təmin edən veb əsaslı KOMPLEKS İDARƏETMƏ SİSTEMİDİR.

Bizimlə əlaqə

İdman zallarının idarəetmə sistemi

“7GYM” - İdman zalları, fitnes klubları, hovuz kompleksləri və digər sağlamlıq xidmətləri göstərən mərkəzlər üçün müştərilərin və üzvlüyün idarə edilməsini, giriş vaxtarına və limitlərə operativ nəzarəti, əksər proseslərin monitorinqini, ödənişlər və maliyyə uçotunun aparılmasını asanlıqla təmin edən veb əsaslı KOMPLEKS İDARƏETMƏ SİSTEMİDİR.

Bizimlə əlaqə

Mərkəzlər

Müxtəlif idman və sağlamlıq mərkəzinin rahat idarə edilməsi üçün universal bir sistem olaraq “7GYM” sistemi müvafiq biznes fəaliyətinin daha səmərəli təşkili, proseslərin avtomatlaşdırılması və müştərilərə yeni xidmətlərin təklif olunmasını çox qısa müddət ərzində həyata keçirməyə kömək edir.

İdman zalı
Döyüş kulubu
İdman kompleksi
Yoqa mərkəzi
Fitnes klubu
Spa salonu
Dərnək və studiyalar
Üzgüçülük hovuzu

Funksionallıq

«7GYM» sisteminin geniş funksionallığı idman mərkəzinin bütün işini optimallaşdırmağa, işçilərin əmək intizamını yüksəltməyə, mərkəzdaxili əksər proseslərin avtomatlaşdırılmasına fəaliyyət haqqında məlumatları sistemləşdirməyə, təhlil etməyə, rəqabət üstünlüyü qazanmağa, vaxt və xərclərin qənaətinə şərait edir.

01

Rəhbərlər üçün dashboard

İdarəetmə paneli rəhbərlərə idman zalın cari vəziyyətini, əsas göstəricilərini, hesabatlar və analitik cədvəllərin köməyi ilə biznesin fəaliyyətini dəyərləndirməyə imkan verən bir alətdir.

Gündəlik göstəricilər
Zalın yüklülüyü
Maliyyə vəziyyəti
Üzvlərin dinamikası

02

Əsas idarəatmə paneli

Mərkəzin kompleks idarəedilməsini, gündəlik proseslərin monitorinqini, müştəri bazasının aparılmasını, məşqçilərin bə qrupların iş qrafiklərini tənzimləyən əsas idarəetmə paneli.

Üzvlərin qeydiyyatı
Maliyyə nəzarəti
Müştəri bazası
Məşqçi və qruplar

03

Müştəri ekranı

Üzvlər üçün mobil tətbiqdəki QR kod ilə mərkəzin giriş-çıxış turniketindən zala daxil olan və çıxan zaman Mərkəzin monitorunda üzvün məlumatları göstərilir.

Müştəri identifikasiyası
Müştərilərin salamlanması
Kampaniyaların nümayişi
Müştəriyə aid aktual bildirişlər

04

Bildirişin göndərilməsi

Bildiriş funksiyası vasitəsilə üzvlərə xəbərlərlərin, bildirişlərin və təkliflərin birbaşa mobil tətbiqlərinə asanlıqla çatdırmaq olar.

Ödəniş vaxtları
Endirim və kampaniyalar
İş saatları və bayramlar
Birbaşa tətbiqə, SMS və ya email

05

Turniket ilə inteqrasiya

«7GYM» idman mərkəzinini giriş-çıxış avadanlığı ilə rahat inteqrasiya olunur və ziyarətçi statuslarına görə giriş-çıxışın qeydiyyatını və tənzimlənməsini təmin edir.

QR kod ilə turniketin açılması
Fərqli turniket sistemləri ilə inteqrasiya
Ödənişsiz girişin məhdudlaşdırılması

06

Üzvlər üçün mobil tətbiq

Üzvlər üçün itirilə bilən plastik kartını QR kod ilə əvəzləyən, davamiyyətin idarəedilməsinə, ziyarəti planlamağa, yeniliklər barədə xəbərdar olmağa imkan verən fərdi Mobil tətbiq.

Plastik kartı əvəzləyən QR Kod
Ödənişlər və digər bildirişlər
Məlumatları əks etdirən şəxsi kabinet
Zal üçün fərdi Mobil tətbiq

07

Ödənişlərin idarəedilməsi

«7GYM» sistemi müddətli üzvlüyə və ziyarətlərə görə xidmət haqların və borcların tam və ya hissəli ödənişlərin idarəedilməsini və ödənişlərə nəzarətin təşkilini asanlıqla tənzimləyir.

Ödənişlər və tarixçəsi
Borcların idarəedilməsi
Hissəli ödəniş
Üzvlük və xidmətlərin tarifləri

08

Analitik hesabatlıq

Biznesin səmərəli idarəedilməsi üçün «7GYM» yeni üzvlər, mərkəzin fəaliyyəti, ödənişlər, ziyarətlər, statuslar və digər analitik və dövrü hesabatları avtomatik olaraq hazırlayır.

Maliyə hesabatı
Zalın yüklülüyü
Müştəri sayı və axını
Digər fərdi hesabatlar

09

Peşəkar texniki dəstək

Sistemə təhvil verildikdən sonra daimi saz vəziyyətdə olması, rahat istifadəsi, mütəmadi olaraq yenilənməsi üçün 24/7 rejimdə peşəkar texniki dəstək xidməti göstərilir.

Əməkdaşlara təlimlər
Sualların cavablandırılması
Sistemin daimi yenilənməsi